Menu
Sərfəli şərtlərlə taksi xidməti. Taksi sifarişi üçün *3003 nömrəsinə zənglər PULSUZ
  • Azərbaycan
  • Русский

VİP Transfer (80 AZN-dən 450 AZN-ə kimi)

Biznes tərəfdaşları və vacib qonaqları qarşılamaq, VİP kortejləri təşkil etmək lazımdır, amma sizin statusunuza uyğun müvafiq avtomobil yoxdur? OK TAXİ ilə ÖZ ÜSLUBUNUZU VURĞULAYIN çunki artıq bizdə VİP TRANSFER mövcudur!

Vip-transfer-thumb

Rolls-Royse Phantom, Maseratti Quatroporte, Porsche Cayenne, Chrysler 300c, Bentley Continental, Porsche Panamera, Mercedes S class, Mercedes G class, Range Rover Vogue və digər maşınlar xidmətinizdədir.

Aeroport transferlər 35-400 AZN, Gündəlik gediş-gəliş 80-450 AZN – elə indi PULSUZ olaraq *3003 zəng edin və istədiyiniz maşını bronlaşdırın

VİP Transfer

Korporativ taksi xidməti (0.35 AZN-kimi /km.)

Korporativ taksi xidməti / Корпоративное такси

Təşkilatınızın nəqliyyat xidmətlərinə olan tələbatlarını ödəmək məqsədilə “OK TAXİ” şirkəti Sizə böyük məmnuniyyətlə “KORPORATİV TAKSİ” layihəsindən faydalanmağı təklif edir.

Bu layihə çərçivəsində şirkətiniz “OK TAXİ” nəqliyyat vasitələrindən aşağıdakı məqsədlər üçün istifadə edə bilər:
– şirkət işçilərinin evdən və ya evə çatdırılması
– hava limanı, avtovağzal və d/y vağzalına transfer
– şirkət filiallarına xidmətin göstərilməsi
– şirkətin təşkil etdiyi tədbirlər çərçivəsində xidmətin göstərilməsi
– şirkət əməkdaşlarının işğüzar səfərləri və s.

“OK TAXİ”-dən “KORPORATİV TAKSİ”-nin əsas üstünlükləri:
– sərfəli tariflər
– operativ servis
– rahat maşınlar
– peşəkar sürücülər.

Xidmətlərimizdən yararlanmaqla şirkətiniz aşağıdakı xərclərin azalması hesabına xeyli qənaət eldə etmiş olur:
– korporativ nəqliyyat,
– yanacaq,
– maşınlara texniki xidmətin göstərilməsi,
– sürücülərə əmək haqqının ödənilməsi və s.

“OK TAXİ”-dən “KORPORATİV TAKSİ” layihəsi çərçivəsində nəqliyyat xidmətləri tarifləri ilə tanış olmaq üçün bizə PULSUZ zəng edib (*3003) ya da email (office@oktaxi.az) göndərə bilərsiz.

AYIQ SÜRÜCÜ (3 AZN-dən 15 AZN-ə kimi)

Трезвый водитель в Баку

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, 2016-ci ilin 8 ayı ərzində respublika ərazisində 1331 yol-nəqliyyat hadisəsi (YNH) qeydə alınıb, nəticədə 490 nəfər həlak olub, 1409 nəfər yaralanıb. Qeydə alınmış YNH 39,5%-i (527 hadisə, 193 ölüm, 579 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,8%-i (304 hadisə, 132 ölüm, 282 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3%-i (164 hadisə, 39 ölüm, 202 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9%-i (26 HADISƏ, 12 ÖLÜM, 28 YARALI) NƏQLIYYAT VASITƏLƏRININ SƏRXOŞ VƏZIYYƏTDƏ IDARƏ OLUNMASI SƏBƏBINDƏN BAŞ VERIB.

  İÇMİSƏN? SÜKANI UNUT!  
  AYIQ SÜRÜCÜNÜ ÜSTÜN TUT!  

AYIQ SÜRÜCÜ

OK TAXİ-dən ayiq surucu xidməti – Sizi və avtomobilinizi lazım olan yerə catdıracaq peşəkar sürücü deməkdir.
Bizim şirkət etibarlılığa və müştərinin, həmçinin onun avtomobilinin tam təhlükəsizliyinə zəmanət verir.
Təcrübəli sürücülər istənilən avtomobil markası və modeli peşəkar idarə edirlər. Onlar şəhəri çox gözəl tanıyırlar və istədiyiniz yerə ən qısa və təhlükəsiz marşrutu seçib Sizi operativ çatdıracaqlar.  

  TARİFLƏR  

məsafədən asılı olaraq
3 - 15 AZN

şəhərdaxili istiqamətlərdə

AYIQ SURUCU XİDMƏTİNİ NECƏ SİFARİŞ ETMƏK OLAR?

“Ayıq sürücü” xidməti günün 24 saatı həftənin bütün günləri, o cümlədən bayram günləri, fəaliyyətindədir.
Xidmətdən istifadə etmək üçün PULSUZ olaraq *3003 qısa nömrəsinə zəng edib xidmətinin adını bildirib (AYİQ SURUCU) marşrutu və sizə uyğun olan vaxtı qeyd etməlisiz ki operator tarifi hesablayıb lazım olan yerə sürücünü göndərəcək.

AYIQ SURUCU XİDMƏTİNİ NƏ VAXT SİFARİŞ ETMƏK LAZIMDIR?

– Alkoqolu istifadə etmisiz?
– Naxoşsuz və ya yorğunluğu hiss edirsiniz?
– İlk dəfə sükan arxasında amma yeni maşını evə çatdırmaq lazımdır?
– Küçədə güclü qar və ya yağış amma sizdə sürücülük təcrübəsi çatışmır?

Bizim peşəkar sürücülərimiz sizin xidmətinizdə.

OK TAXİ-dən AYIQ SÜRÜCÜ xidməti. Cəmi 3 AZN-dən 15 AZN-ə kimi tarifi

AYIQ SÜRÜCÜ XİDMƏTİNİ NƏ ÜÇÜN SİFARİŞ ETMƏK LAZIMDIR?

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar

Qayda pozuntuları
Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə

İXM-nə əsasən cərimənin miqdarı
 dörd yüz manat cərimə və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır 

Qayda pozuntuları
Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə

İXM-nə əsasən cərimənin miqdarı
  beş yüz manat cərimə və ya on beş günədək müddətə inzibati həbs  

Qayda pozuntuları
Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr ,psixotrop maddələr və ya güclü tə’sir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə

İXM-nə əsasən cərimənin miqdarı
  yetmiş manat  

AVTO DAYƏ (199 AZN/aylıq başlayan qiymətlərlə)

OK TAXİ-dən AVTO-DAYƏ, uşaqlar üçün taksi xidməti. Elə indi sifariş edin

AVTO-DAYƏ – elə bir uşaqlar üçün taksi xidməti ki, onun vəzifəsinə uşaqları uşaq tədris mərkəzlərinə, idman bölmələrinə, dərnəklərə və geriyə evə müşayiət etmə daxildir.
AVTO-DAYƏ xidməti adi taksi sifarişindən fərqlidir, çünki burada sürücü uşağı sadəcə göstərilən ünvana çatdırmaqdan əlavə, onu konkret şəxsə, məsələn, müəllim və ya etibarlı şəxsə təhvil verir və videomüşahidə sistemi vasitəsilə valideynlərə onlayn rejimində səfər haqqında ətraflı məlumatı ötürür. AVTO-DAYƏ layihəsi çərçivəsində fəaliyyət göstərən bütün sürücülər uzunmüddətli qəzasız sürücülük stajına, rahat və qüsursuz işləyən avtomobilə malikdirlər.

OK TAXİ-dən AVTO-DAYƏ, uşaqlar üçün taksi xidməti. Elə indi sifariş edin

OK TAXI –dən olan AVTO-DAYƏ – rahat, təhlükəsiz və əlverişli xidmətdir. Biz hər zaman sizin arzu və təkliflərinizi nəzərə alaraq övladınızın qeydinə qalacağıq, Siz isə öz işlərinizlə rahat məşğul ola biləcəksiniz.
AVTO-DAYƏ xidmətinin əsas üstünlükləri:
– təlim almış personal
– rahat avtomobillər
– operativ xidmət
– transfer zamanı onlayn translyasiya
– taksi sifarişi üçün pulsuz zəng

  TARİFLƏR  

1-10 km.
199 AZN / aylıq

qeyd olunan ünvanına həftədə 5 dəfə aparmaq-gətirmək

10-15 km.
249 AZN / aylıq

qeyd olunan ünvanına həftədə 5 dəfə aparmaq-gətirmək

15-20 km.
299 AZN / aylıq

qeyd olunan ünvanına həftədə 5 dəfə aparmaq-gətirmək

Sizin və övladınızın qorxmasına və həyəcan keçirməsinə heç bir səbəb yoxdur, çünki OK TAXI taksi xidməti öz işinə bütün məsuliyyəti ilə yananşan peşəkarlardır. Bundan əlavə, AVTO-DAYƏ layihəsi çərçivəsində bütün maşınlar müasir video-müşahidə sistemi ilə təchiz olunub ki, bunun sayəsində siz bütün gediş ərzində bir dəqiqə belə olsun övladınızı diqqətsiz saxlamayacaqsınız! Videomüşahidə xidməti onlayn translyasiya prinsipi əsasında işləyir: uşağın maşına mindiyi zaman sürücü valideynin telefonuna və ya elektron poçtuna onlayn translyasiya linkini göndərir ki, onu onlayn rejimində telefon və ya kompüterlə, eləcə də videoyazı vasitəsilə izləmək olar.

6123E9823F99B7DEB4E79138E889C6A4